IQNA

8:50 - May 15, 2021
Xəbər sayı: 3489823
Əfqanıstanın paytaxtı Kabildə yerləşən məscidlərdən birində partlayış törədilib. Terror nəticəsində məscid imamı da daxil olmaqla, 12 nəfər dünyasını dəyişib. Yaralıların sayı isə 20 nəfərdir.

Əfqanıstanın paytaxtı Kabildə yerləşən məscidlərdən birində partlayış törədilib. Terror nəticəsində məscid imamı da daxil olmaqla, 12 nəfər dünyasını dəyişib. Yaralıların sayı isə 15 nəfərdən çoxdur.

Partlayış Cümə namazı zamanı Kabulun şimalında yerləşən Şəkərdərə rayonunun Muradbəy Qalası qəsəbəsinin Hacı Bəxşi məscidində törədilib.

Bu terror hadisəsində 12 nəfər, o cümlədən məscidin Cümə imamı Müfti Nöman şəhid edilib və 15 nəfərdən çox insan yaralanıb.

Qeyd edək ki, bu hadisə Talibanın mübarək Fitr bayramı münasibəti ilə atəşkəs elan etməsinin ikinci günü törədilib.

Hadisənin məsuliyyətini heç bir fərd və qrup üzərinə götürməyib.  / iqna

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: