IQNA

11:02 - May 19, 2021
Xəbər sayı: 3489855
Mayın 17-si Yəmənin paytaxtı Sənada Fələstin xalqı ilə həmrəylik və müqavimətini dəstəkləmək üçün on minlərlə insanın qatıldığı izdihamlı yürüş keçirilib.

Yəmənin İnqilabi Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi mitinqdə çıxış edərək, belə deyib: “Səudiyyə rejiminin Yəmənə qarşı təcavüzkar koalisiyası öz təyyarələri ilə Fələstini azad etmək üçün gedəcəksə, biz ona kömək etməyə hazırıq”.

O, sionist düşmənə qarşı şiddətli media və siyasi müharibənin də aparılmalı olduğunu bildirərək, belə deyib: “Mediamız millətləri oyatmaq üçün addım atmalıdır”.

Əl-Husi müqavimət raketlərinin əslində “Əsrin müqaviləsi”ni vurduğunu qeyd edərək, çıxışını belə davam etdirib: “Düşmən İsrail rejimi Əl-Əqsa məscidinə və Qüdsə hücum edir və Ərəb və İslam xalqları Fələstin müqavimət qrupları ilə birlikdə bu hücumlara qarşı olmalıdır.

Fələstin xalqı sionist düşmənə qarşı İslam ümmətini müdafiə etmək üçün ön sıradadır.

Fələstin xalqına mesajını çatdıran və Qüdsün bu gün daha yaxın olduğunu elan edən bugünkü möhtəşəm yürüşdə Yəmən xalqının mübarək iştirakını yüksək qiymətləndiririk.

Səudiyyə Ərəbistanı Fələstin İslami Müqavimət Hərəkatını (Həmas) terrorçu adlandırır, çünki bu hərəkat ABŞ və sionist rejimin planlarına ziddir”.

Tədbirdə çıxış edən Fələstin İslami Cihad hərəkatının Yəməndəki nümayəndəsi Əli Bərəkə isə, bu döyüşün Allahın izni ilə qurtuluş dastanı və işğalçı rejimlə sonuncu döyüşə hazırlıq olduğunu bildirib: “Qüds müharibəsi işğalçı rejimlə sonuncu döyüşün müqəddiməsidir.

Bu gün Qəzzadakı müqavimətin etdikləri (sionist rejimlə qarşıdurma) heç bir ölkə və ya hökumət tərəfindən edilmədi və Allah istəsə Qüds qılıncı müharibəsi son döyüşün başlanğıcıdır”.

HƏMAS-ın Yəməndəki nümayəndəsi Moaz Əbu Şamala da çıxış edərək, Qüdsü hər ərəb və müsəlmanın qəlbində azad olaraq qalacağını bildirib.

Yəmən və Fələstin xalqlarının istəklərini ortaq və birləşmiş adlandıan HƏMAS rəsmisi, belə danışıb: “Hər iki ölkənin mübarizəsi inam və əqidə mübarizəsidir və bu gün Yəmən xalqının əzəmətli əhalisi İsrail düşməninə millətimizin bu rejimin varlığını məhv edəcəyini vurğulayır.

Bu gün Yəmən xalqı Fələstin xalqına tək olmadıqlarını və Fələstin azadlığa qədər yanlarında olacağını bildirdi.

Müqavimət raketləri bu gün sionist rejimin sonunun başladığını və qələbə saatının yaxın olduğunu elan etdi”. /Deyerler.org

Ad:
E-poçt:
* Comment:
* captcha: