IQNA

Müsəlman ata övladının qatilini son anda əfv etdi

17:44 - May 28, 2021
Xəbər sayı: 3489927
Müsəlman ata övladının qatilini son anda əfv etdi
Ərəbistanda övladını dəfn edən ata oğlunun qatilinin həyatını xilas edib. Bundan başqa, övladını itirən ata qatilin ailəsindən qan pulunu da istəməyib. Bundan sonra isə məhkum azadlığa buraxılacaq.

Səudiyyə Ərəbistanında övladını dəfn edən ata oğlunun qatilinin həyatını xilas edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəfəqna"ya istinadla verdiyi xəbərə görə, Avad Süleyman əl-Əmrani 4 il öncə oğlunu itirib – gənc oğlan dava zamanı qətlə yetirilib. Ölkə qanunlarına əsasən, qatilin barəsində edam cəzası çıxarılıb, lakin hökmün icrasına bir neçə dəqiqə qalmış əl-Əmrani qatili əfv edib və bununla da, ölüm hökmü də ləğv edilib.

Bundan başqa, övladını itirən ata qatilin ailəsindən qan pulunu da istəməyib. Bundan sonra isə məhkum azadlığa buraxılacaq.

Qatili bağışlayan əl-Əmrani qatilin ailəsinə nəsihət olaraq tapşırıb ki, oğulları azadlığa çıxdıqda bununla bağlı heç bir şənlik keçirməsinlər.

Müsəlman atanın bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib. /al-hurra

captcha