IQNA

7:16 - June 01, 2021
Xəbər sayı: 3489953
Fələstində bəzi Quran nüsxələrinin satışı çap zamanı buraxılmış səhvlərə görə dayandırılıb, bazardan və əhalidən geri toplanılması barədə göstərişib verilib.

Fələstində bəzi Quran nüsxələrinin satışı çap zamanı buraxılmış səhvlərə görə dayandırılıb, bazardan və əhalidən geri toplanılması barədə göstərişib verilib.

Bu barədə Qüdsün və bütün Fələstin torpaqlarının baş müftisi Şeyx Məhəmməd Hüseyn Ali Fətva Şurasına göstəriş verib.

Bu Quran nüsxəsi 2013-cü ilin Yanvar ayında Misr-Alman nəşriyyatında əl-Əzhərin İslami Araşdırmalar Müəssisəsinin təyidnaməsi ilə çap və nəşr edilib.

Həmin Quran nüsxəsinin 29-30, 33-34, 37-38, 41-42, 46-45, 49-50 və 53-54-cü səhifələrində səhvə yol verilib.

Qüdsün və bütün Fələstin torpaqlarının baş müftisi Şeyx Məhəmməd Hüseyn bundan əlavə 2006-cı ilin İyun ayında çap və nəşr edilmiş digər bir Quran nüsxəsinin də əhalidən toplanması və satışının dayandırılması barədə göstəriş verib.

Bu Quranda 68-ci səhifə 51 səhifədən sonra və 52-ci səhifədən 67-ci səhifəyə qədəri 83-cü səhifədən sonra çap edilmişdir. /iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: