İran İslam İnqilabının banisi Həzrət Ayətullah Üzma İmam Seyyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibəti ilə cari həftənin Cümə Axşamı günü (3 İyun) seminar keçiriləcək.
Seminar "İslam İnqilabı və İmam Xomeyni Araşdırmalar Mərkəzi", "İmam Xomeyninin əsərlərinin qorunması və nəşri müəssisəsi", İmam Xomeyninin Anım Mərasimi Keçirilməsi Komitəsi və Beynəlxalq Quran Xəbər Agentliyi tərəfindən təşkil edilib.
"İmam Xomeyni və müasir dünya" seminarı Tehran vaxtı ilə günün ikinci yarısında, saat 17:00-dan 20:00-dək İmam Xomeyninin (r.ə) hərəmində keçiriləcək.
Seminarda İmam Xomeyni (r.ə) hərəminin idarəçilik rəisi Ayətullah Seyid Həsən Xomeyni çıxış edəcək.
Üç platformada keçiriləcək seminarda Ali Dini Rəhbərin universtitetlərdəki səlahiyyətli nümayəndəsi Mustafa Rüstəmi, Dinlər və Məzhəblər universitetinin rəisi Əbul-Həsən Nəvvab və Beynəlxalq Əhlul-Beyt (ə) Universitetinin rəisi Əhməd Quluzadə iştirak edəcəklər.
Suriyanın Tehrandakı səfiri Şəfiq Dəyub, İslami Cihad Hərəkatının nümayəndəsi Nasir Əbu Şərif, Fələstinin Tehrandakı səfiri Səlah Zəvavi, HİZBULLAH-ın baş katibinin müavini Höccətul-İslam Şeyx Nəim Qasim, İran Musəvilərin (Kəlimilər) rəhbəri Xaxam Yunis Həmami Laləzar, Tehran Mubədilərinin (zərdüştilər) Birliyinin rəisi Dr. Ədşir Xurşidiyan, Şərq Aşuri Kilsəsinin nümayəndəsi və digərləri seminarın qonağı olacaqlar. / iqna