Misir və İordaniya hökumətləri eyni ailədən 4 müsəlmanın Kanadada öldürülməsinə münasibət bildirib.
Misir Xarici İşlər Nazirliyi yaydığı yazılı açıqlamada vurğulayıb ki, müsəlman ailəyə qarşı reallaşdırılan hücum terror aktıdır və Misir hökuməti tərəfindən qınanılır.
İordaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Əymən əs-Səfədi də verdiyi açıqlamada həlak olanlara Allahdan rəhmət dilədiklərini və Kanada hökumətinin məsələyə daha diqqətli yanaşacağını gözlədiklərini qeyd edib.
Xatırladaq ki, Kanadada baş verən terror hücumu zamanı 4 nəfər həlak olub, 1 uşaq isə xəsarət alıb. eastnews