Azərbaycanda "Ət Ağa" ləqəbi ilə məşhurlaşan Ağa Seyidəli Mir Mövsümzadə 1883-cü ildə doğulmuş, uzun illər İçərişəhərdə yaşamış, 1950-ci ildə vəfat etmiş və Şüvəlanda torpağa tapşırılmışdır.
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) – Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olan şəxs kimi tanınırdı.
Mir Mövsüm Ağanın sümükləri az inkişaf etmişdi. Özü hərəkət edə, hətta düz otura bilmirdi. Buna görə o Azərbaycanda "Ət Ağa" ləqəbi ilə məşhurlaşdı.
Seyyidin həyatı barədə ŞƏFƏQNA informasiya portalının hazırladığı videoçarxı təqdim edirik: