IQNA

17:34 - June 25, 2021
Xəbər sayı: 3490140
İran İslam İnqilabının Ali lideri Ayətullahül-üzma Seyid Əli Xamenei bu gün səhər "COV-Iran Barekat" peyvəndinin ilk dozasını istifadə edib.

Ayətullah Xamenei İran vaksini ilə peyvənd olunduİranlı gənc tədqiqatçı və alimlərin səylərinin məhsulu olan peyvənd bu yaxınlarda lisenziya alıb və İran dünyada korona peyvəndi istehsal edən altı ölkədən biri olub.  

Peyvənd vurulduqdan sonra İran İslam İnqilabının Ali lideri Həzrət Ayətullahül-üzma Seyid Əli Xamenei ölkələrini öz bilikləri, təcrübələri və elmi və praktik səyləri ilə qürurlandıran bütün insanlara təşəkkür edib:  

"Hörmətli Səhiyyə nazirinə və ölkənin bütün səhiyyə işçilərinə, bu işdə rolu olan həmkarlara təşəkkür edirəm. Əvvəlcə İrana aid olmayan peyvəndi istifadə etmək istəmədim, ona görə İran peyvəndini gözləyəcəyimi dedim. Niyə bu milli şərəfə hörmət etməməliyik və ölkəgə bir profilaktika və müalicə ehtimalı olduğu müddətdə niyə istifadə etməyək? Əlbəttə, lazım olduqda İran peyvəndi ilə birlikdə xarici peyvəndlərin istifadəsi bir problem deyil, amma İran peyvəndinə və bu peyvəndin istehsalında çalışqan və fəal olan bütün gənc alimlərə hörmət etməliyik". 

3979919

Ad:
E-poçt:
* Comment:
* captcha: