IQNA-nın (Beyəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-un verdiyi xəbərə görə, HƏMAS İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri sabah yüksək səviyyəli bir nümayəndə heyəti ilə Livanın paytaxtı Beyruta səfər edəcək.
Məlumata görə, Musa Əbu Mərzuq, İzzıt ər-Rəşq, Xəlil əl-Həyat, Sami Əbu Zuhri və bir sıra digər HƏMAS rəsmiləri Livan səfərində olan nümayəndə heyətinin tərkibindədir.
Haniyənin rəhbərlik etdiyi HƏMAS hərəkatından yüksək səviyyəli bir heyət bundan əvvəl Mərakeş və Mavritaniyaya səfər etmişdi. HƏMAS üzvlərinin Livan partiya rəsmiləri və liderləri ilə görüşləri də planlaşdırılır.