IQNA

Kanadada növbəti dəfə müsəlmana hücum edildi

19:23 - June 29, 2021
Xəbər sayı: 3490173
Kanadada yaşayan pakistanlı müsəlman Məhəmməd Kaşif 25 iyunda Saskatunun İstvyu bölgəsindəki evinin yaxınlığında iki nəfərin ona hücum etdiyini söyləyib.

Kanadada yaşayan pakistanlı müsəlman Məhəmməd Kaşif 25 iyunda Saskatunun İstvyu bölgəsindəki evinin yaxınlığında iki nəfərin ona hücum etdiyini söyləyib.  

Ənənəvi Pakistan paltarı geyinən Kaşif təcavüzkarlar tərəfindən kürəyindən və qolundan bıçaqlandığını və saqqalının kəsildiyini bildirib.  

Kaşif təcavüzkarların onun saqqalını kəsərkən lağ edərək "Niyə bu geyimi geyinirsən? Niyə burdasan? Ölkənə qayıt. Müsəlmanlara nifrət edirəm! Niyə saqqalın var?", - deyə ifadələr səsləndirdiklərini söyləyib.

Digər tərəfdən, Kaşif hadisə yerinə yaxın bir ərazidə saxlanmış yaşıl nəqliyyat vasitəsində təcavüzkarlarla əməkdaşlıq edən üçüncü bir şəxs ola biləcəyinə diqqət çəkib.  

Hücumla əlaqədar istintaq başladılıb.  

Arvadı və üç uşağının həyatı üçün narahat olduğunu bildirən pakistanlı müsəlman mühacir təxminən 15 ildir Saskatunda yaşayır.

eastnews

Teqlər: islamofobia ، kanada ، Saskatun
captcha