IQNA

10:03 - June 30, 2021
Xəbər sayı: 3490177
Bosniya və Herseqovina müsəlmanları hər il müqəddəs İslam dininin bu diyara gəlişini və yayılmasını illik festival çərçivəsində ölkənin ən böyük bayram günü olaraq qeyd edirlər.

Bosniya və Herseqovina müsəlmanları hər il müqəddəs İslam dininin bu diyara gəlişini və yayılmasını illik festival çərçivəsində ölkənin ən böyük bayram günü olaraq qeyd edirlər.

İslamın bu bölgəyə gəlişi münasibətilə keçirilən illik festivalda Bosniya müsəlmanları çox izdihamlı şəkildə iştirak edirlər.

Bosniya xalqı "Eyvaz Dədə"nin şərəfinə təşkil edilən bu festivalı dua, zikr və təkbir səsləri ilə keçirirlər.

Onların inancına görə 511 il bundan öncə Türkiyənin Bektaşiyyə təriqətinə mənsub "Eyvaz Dədə" adlı bir dərviş Bosniyada İslam dinini yayıb.

Hər il İyun ayının axırıncı Bazar günü keçirilən "Eyvaz Dədə" festivalı bu il də Bosniyanın Prusac əyalətinin məşhur "Ajvatovica" dağında yeddi gün davam edib.

Bu festivalda Türkiyə, Bosniya və Balkan ölkələrindən on minlərlə müsəlman iştirak edir. Müsəlmanların izdihamlı iştirakı bu bölgənin xristian kimliyini kölgədə qoyur.

Qeyd edək ki, "Eyvaz Dədə" festivalı Avropa ölkələrində keçirilən ən böyük müsəlman toplantısıdır.

Tarixi rəvayətlərə görə, əslən İranın Əhvaz vilayətindən və Bektaşiyyə təriqətinə mənsub olan, "Eyvaz Dədə" adı ilə tanınan Şeyx Həsən Kafi adlı bir alim təqribən 500 il öncə Osmanlı qoşunları ilə Bosniyaya gəlib və burada məskunlaşıb. Bosniyada baş verən quraqlıq zamanı o, "Ajvatovica" dağına çıxaraq burada 40 gün çillə saxlayıb. Qırx gündən sonra dağdan saf bulaq suyu kəndə axmağa başlayıb.

Həmin hadisədən sonra Bosniya müsəlmanları Eyvaz Dədə və həmin dağı sevməyə və hər il dağdan bulağın qaynadığı tarixdə bu məkanda ibadət etməyə başlayırlar.

Bu festivalda Bosniyanın ən sıravi insanından tutmuş ən ali rütbəli vəzfələsinə qədər insanlar iştirak edir. /iqna

     

Ad:
E-poçt:
* Comment:
* captcha: