“İQNA”-nın İraqdan verdiyi xəbərə görə, İmam Hüseynin (ə) Müqəddəs Hərəminin Darul-Quran bölməsinə tabe olan Akademik Təlim Mərkəzinin rəhbəri Əli Talib ibn Barə hadisə ilə bağlı deyib: "Bu proqram 60 qarinin iştirakı ilə və çoxlu sayda akademik və Quran şəxsiyyətlərinin – o cümlədən Vasit Universitetinin rektoru Abbas Lütfət əl-Üqabi, onun müavinləri, Hüseyni Hərəminin Darul-Quran bölməsinin rəhbəri Şeyx Xeyrəddin Əli əl-Hadi, bu Darul-Quranın Vasitdəki şöbə müdiri Haşim Əbu Kövsər və Hüseyni Hərəmi Quran Radiosunun direktoru Əla əl-Həsəninin iştirakı ilə keçirilib."
Bu məclis Əhməd əş-Şirxaninin tilavəti ilə başlayıb. Daha sonra Vasit Universitetinin rektoru Darul-Quranın bu cür fəaliyyətlərin təşkilindəki rolunu vurğulayaraq deyib: "Bu proqramlar sayəsində Ramazan ayı boyunca tam bir ay ərzində universitetlərdə Quran səsi eşidildi."
İmam Hüseynin (ə) Müqəddəs Hərəminin Darul-Quran bölməsinin rəhbəri Şeyx Xeyrəddin Əli əl-Hadi da bildirib: "Müqəddəs Quran həyatın qanunu və ümmət üçün şirkdən (Allaha şərik qoşmaqdan) xilas olmağın ən mühüm yollarını axtarmaq üçün bir mədəniyyət məcmusudur. Müqəddəs Quranın üçdə biri şirki və ifratçılığı azaltmaq üçün etiqad aspektinə həsr olunub."
O, daha sonra "وَإِنَّکَ لَعَلی خُلُقٍ عَظیمٍ" ("Həqiqətən, sən böyük bir əxlaq üzərəsən") (Qələm surəsi, 4-cü ayə) ayəsinə istinad edərək gözəl əxlaqa sahib olmağın vacibliyini vurğulayıb və İmam Zeynəl-Abidinin (ə) risalətül-huququnun bir hissəsini şərh edib.
Tədbirin sonunda Quran qariləri, Vasit Universitetinin rektoru, onun müavinləri və digər universitet rəsmiləri fəxri fərmanlar təqdim edilməklə tərifləniblər.
4350817