IQNA

Oman müftisi müsəlmanları sionistlərə qarşı birləşməyə çağırdı

14:19 - May 16, 2026
Xəbər sayı: 3500346
İQNA – Şeyx Əhməd ibn Həmd əl-Xəlili, Oman müftisi bir mesajında müsəlmanları bütün İslam torpaqlarında sionist rejimin təcavüzlərinə qarşı birləşməyə çağırdı.

“İQNA”-nın xəbərinə görə, Şeyx Əhməd əl-Xəlili "X" sosial şəbəkəsindəki hesabında yazdı: "Sionist rejimin əziz Qəzzaya qarşı vəhşi hücumlarını şiddətlə qınayırıq."

O əlavə etdi: "Bütün müsəlmanları Qəzza zolağına, İrana və bütün İslam torpaqlarına təcavüzə qarşı tək cərgədə durmağa çağırıram."

Oman müftisi bildirdi: "İslam ümməti vahid ümmətdir və bu birlik təcavüzə qarşı dayanmaq, haqq yolunda bir-birinə dəstək olmaq və batili məhv etməkdə təzahür etməlidir. Allah bəndələrinə kömək və qələbə üçün yetərlidir."

4351299

captcha