“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Livan Səhiyyə Nazirliyi açıqlayıb ki, ötən ilin mart ayının 2-də atəşkəsin pozulmasından sonra sionist rejimin təcavüzü nəticəsində şəhid sayı 2759 nəfərə çatıb.
Livan Səhiyyə Nazirliyinin hesabatına əsasən, bu hücumlarda indiyədək 8512 nəfər yaralanıb.
Nazirlik vurğulayıb ki, işğalçı ordunun Livana təcavüzkar hücumlarında son 24 saat ərzində 32 nəfər şəhid olub, 74 nəfər isə yaralanıb.
Bu statistika, Livanda atəşkəsin pozulması və sionist rejimin işğalçı tədbirləri davam edərkən, Hizbullahın onlara qarşı qətiyyətli və sarsıdıcı cavabının da sürdüyü bir zamanda yayılır.
4351088