IQNA

İspaniya "əs-Sumud" gəmisinə hücumu qınadı

12:03 - May 11, 2026
Xəbər sayı: 3500319
İQNA – İspaniya hökuməti sionist rejimin "əs-Sumud" beynəlxalq gəmisinə hücumunu şiddətlə qınayaraq, bu addımdan sonra sionist rejimin Madriddəki işlər vəkili XİN-ə çağırılıb.

“İQNA”-nın verdiyi xəbərə görə, Anadolu Agentliyi İspaniya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla bildirib ki, "Dana Erlich" adlı sionist rejimin işlər vəkili hücum həyata keçirildikdən dərhal sonra İspaniya XİN-ə çağırılıb.

Bu mənbələr bildiriblər ki, İspaniya XİN-in rəsmiləri təxminən 30 İspaniya vətəndaşının olduğu "əs-Sumud" gəmisinin sionist rejim tərəfindən ələ keçirilməsini şiddətlə qınayıblar.

Həmin mənbələr həmçinin vurğulayıblar ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares vətəndaşları həmin gəmidə olan ölkələrdəki həmkarı ilə davamlı olaraq təmasdadır.

Eyni zamanda, İspaniyanın solçu koalisiya hökumətinin kiçik tərəfdaşı olan "Sumar" ittifaqı ölkənin xarici işlər nazirindən sionist rejimin "əs-Sumud" gəmisinə hücumu ilə bağlı parlamentə təcili izahat verməsini tələb edib.

4351041 

Teqlər: İspaniya ، sionist rejim ، hücum ، madrid
captcha