IQNA

Xəttatın yazdığı Quran 21 ildir Məscidun-Nəbi intizarında

18:41 - June 30, 2021
Xəbər sayı: 3490180
Mərhum Fəhmi Nabu Osmanın on il zəhmətdən sonra 1990-cı ilin Fevral ayında kitabətini tamamladığı gözəl və nəfis Quran nüsxəsi Məscidun-Nəbiyə hədiyyə edilmək üçün 21 il ildir intizar çəkir.

Misrli hüsnxətt ustası və Misr xəttatlarının şeyxi sayılan mərhum Hacı Fəhmi Nabu Osman on il müddətində Qurani-Kərim kitabət etmiş və oğluna vəsiyyətində yazmışdı ki, bu nəfis əlyazma Quran nüsxəsini "Məscidun-Nəbi"yə (Mədinə şəhərində Peyğəmbərin məscidi) hədiyyə etsin.

Mərhum Fəhmi Nabu Osman həm mahir xəttat olub və həm də Nəc Həmadi şəhərinin Ömər bin Xəttab məscidinin qari və azançısı olub.

Onun Sübh namazlarında gözəl və şirin səslə Quran tilavət etməsi və Azan deməsi şəhər əhalisi arasında məşhurdur.

Mərhum Fəhmi Nabu Osmanın on il zəhmətdən sonra 1990-cı ilin Fevral ayında kitabətini tamamladığı gözəl və nəfis Quran nüsxəsi Məscidun-Nəbiyə hədiyyə edilmək üçün 21 il ildir intizar çəkir.

Bu günlərdə mərhum xəttatın oğlu atasının vəsiyyətinin yerinə yetirilməsi üçün Misrin Dini İşlər Nazirliyindən kömək istəyib.

Qeyd edək ki, mərhum Fəhmi Nabu Osmanın 25 kq ağırlığı olan və 70x7x50 sm ölçüdə kitabət etdiyi Quran nüsxəsi Misrin İslami Fondlar Naziriliyi tərəfindən yüksək qiymətləndirildi, ölkənin mədəniyyət və incəsənət əsəri kimi qeydə alındı və mükafatlandırıldı.

Mərhum xəttat 2000-ci ildə vəfatından öncə oğluna vəsiyyət etdi ki, bu Quran nüsxəsi Məscidun-Nəbiyə hədiyyə edilsin.

Buna görə də mərhum Fəhmi Nabu Osmanın oğlu atasının vəsiyyətini yerinə yetirmək üçün Mədinə şəhərində "Məscidun-Nəbi"nin kitabxanası ilə danışıb və əlyazma nüsxənin buraya köçürülməsi üçün razılaşma əldə edib. İndi də Misrin İslami Fondlar və Dini İşlər Nazirliyindən atasının əlyazma nüsxəsinin Mədinəyə köçürülməsi üçün kömək etmələrini və bu barədə gömrük işlərinin həll edilməsini istəyib. /iqna

 
captcha