IQNA

ABŞ-da 20 il öncə islamofobun məhv etdiyi məscid bərpa ediləcək

13:00 - July 03, 2021
Xəbər sayı: 3490198
ABŞ-ın İndiana ştatında 20 il öncə islamofob tərəfindən məhv edilmiş məscid bərpa ediləcək. Şəhər sakini Faraci Hart məscidin bərpasını öz üzərinə götürmək qərarına gəlib.

ABŞ-ın İndiana ştatında 20 il öncə islamofob tərəfindən məhv edilmiş məscid bərpa ediləcək.

Evansvil şəhərində yerləşən sözügedən məscid ABŞ-da 11 sentyabr terror aktlarından sonra 28 yaşlı Con Kirkvud tərəfindən hücuma məruz qalıb.

Nəticədə Kirkvud 4 il müddətinə azadlıqdan məhrum edilib, müsəlmanlar isə təxminən 20 il müddətinə həmin məsciddən məhrum olublar.

Şəhər sakini Faraci Hart məscidin bərpasını öz üzərinə götürmək qərarına gəlib.

“Evansvil İndiananın 3-cü ən böyük şəhəridir. İndianapolis və Fort-Veyndə məscidlər var”, – deyə o, qeyd edib.

Hələ ki, layihə ilkin reallaşma mərhələsindədir.

Ad:
E-poçt:
* Comment:
captcha