Yəmənin “Ypagency” şəbəkəsi Əfqanıstandan çıxan bəzi ABŞ əsgərlərinin Yəmənin cənubundakı Ədən Hava Limanına çatdığını və buradan Lahıc vilayətinə yollandığını bildirib.
ABŞ iyulun 12-si onlarla hərbi maşın, PUA, Patriot sistemləri və səhra əməliyyatları otaqlarını Əl-Ənad bazasına köçürüb.
Lahic vilayətindəki yerli mənbələrə görə, Səudiyyə rejimi ABŞ əsgərlərinin gəlişindən sonra BƏƏ qüvvələrini Əl-Ənad hərbi bazasını tərk etməyə məcbur ediblər.
Mənbələr BƏƏ qüvvələrinin Əl-Ənaddakı hərbi helikopterlərlə bazanı tərk etdiklərini deyiblər..
Səudiyyə rejiminin qüvvələrinin Əl-Sabiha qəbiləsindən olan silahlılarla birlikdə Əl-Ənad bazasında nəzarəti gücləndirdikləri də qeyd edilib.
“Alkhabaralyemeni” saytı da mövzu ilə bağlı xəbərində belə qeyd edib: “Ədən körfəzindəki ən əhəmiyyətli baza olan Əl-Ənad bazası, son günlərdə BƏƏ qüvvələri ilə Səudiyyə rejiminə bağlı qüvvələr arasında toqquşmaların şahidi oldu, lakin nəticədə BƏƏ qüvvələri bazanı tərk etmək məcburiyyətində qaldı.
Toqquşmalar ABŞ hərbçilərinin Əl-Ənada gəlməsi ilə üst-üstə düşdü və bu qüvvələrin bazaya verilməsi Əl-Beyda vilayətində (mərkəzi Yəmən) Əl-Qaidə və İŞİD-in məğlub olduğu vaxta təsadüf etdi. ABŞ hesab edirdi ki, Sənaya təzyiq göstərmək üçün onlardan istifadə edə bilər. /maide.az