IQNA

Kanadada məscid vandalizm aktına məruz qaldı

17:34 - July 17, 2021
Xəbər sayı: 3490309
Kanadada müsəlman icması və onun dini tikililərinə qarşı vandalizm və terror aktları dalğası davam etməkdədir. Belə ki, Kembric şəhərindəki məscid vandalizm aktına məruz qalıb.

Kanadada müsəlman icması və onun dini tikililərinə qarşı vandalizm və terror aktları dalğası davam etməkdədir.

Belə ki, Kembric şəhərindəki məscid vandalizm aktına məruz qalıb.

Naməlum şəxslər məsciddə günün günorta çağı talan törədiblər.

Günorta namazı üçün məscidə gələn imam məscidinin qapısının sındırıldığını, məişət texnikası və elektronikaya zərər vurulduğunu, müşahidə kameralarının sıradan çıxarıldığını görüb.

Qurani-Kərim nüsxələri və dini kitablar yerə atılıb.

Məsciddən deyilib ki, məscidə bir neçə on min dollar məbləğində maddi ziyan vurulub.

Polis faktla bağlı araşdırma aparır.

Şəhər sakinləri məscid və onun icması ilə həmrəyliyini bildirib və gün ərzində dəstək məqsədi ilə oraya gəliblər.

“Biz bu mənasız kriminal akt və ciddi miqyaslı dağıntıya görə olduqca narahatıq”, – deyə polis rəisi Brayan Larkin bildirib. /Şəfəqna

 

Ad:
E-poçt:
* Comment:
captcha