IQNA

19:49 - July 30, 2021
Xəbər sayı: 3490405
Yəmənli şiələr Qədir-Xum bayramı toplantısında bir daha Peyğəmbərin risaləti (s) və İmam Əlinin (ə) imamət və vilayəti yolunda sadiq qalacaqları barədə əhd ediblər və beyət təzələyiblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Yəmən xalqı paytaxt Səna şəhəri və digər 14 əyalətdə izdihamlı Qədir-Xum bayramı mərasimləri təşkil ediblər.

Minlərlə insan paytaxt Sənanın və digər şəhərlərin 117 meydanında təşkil edilən vilayət bayramı mərasimlərində iştirak ediblər və İmam Əlinin (ə) vilayətini onalara hədiyyə edtiyi üçün Allaha şükürlər ediblər və bu məqsədlə "minəl-mutəmməssikin" zikrini oxuyublar, həmçinin Amerika və İsrail ölüm şüarları səsləndiriblər.

Yəmənli şiələr bir daha Peyğəmbərin risaləti (s) və İmam Əlinin (ə) imamət və vilayəti yolunda sadiq qalacaqları barədə əhd ediblər və beyət təzələyiblər.

Qeyd edək ki, paytaxt Sənanın 18 meydanında keçirilən Qədir-Xum bayramı mərasimində ölkə rəsmiləri, dini və ictimai şəxslər də iştirak ediblər. /iqna

 

Ad:
E-poçt:
* Comment:
* captcha: