IQNA

23:30 - August 01, 2021
Xəbər sayı: 3490416
Cari ildə dini xütbələrin etidallaşması və radikal cərəyanların məscidlərdən uzaqlaşdırılması hədəfi ilə Misr məscidlərinin nəzdində 1400 Quran mədrəsəsi və 315 dini elmi mədrəsə təsis edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  cari ildə dini xütbələrin etidallaşması və radikal cərəyanların məscidlərdən uzaqlaşdırılması hədəfi ilə Misr məscidlərinin nəzdində 1400 Quran mədrəsəsi təsis edilib.

Bu barədə Misrin İslami Fondlar və Dini İşlər Naziri Dr. Məhəmməd Muxtar Cümə məlumat verib.

Məlumatda deyilir ki, cari ildə və son 11 ayda cəmiyyətdə sağlam dini təlimlərin yayılması hədəfi ilə 1400 Quran mədrəsəsi və 315 dini elmi mədrəsə təsis edilib, 6500 məscid təmir edilərək istifadəyə verilib, 1560-dan çox yeni məscid açılıb, 35 İslami mədəniyyət mərkəzi fəaliyyətə başlayıb və həmçinin İslami maarifləndirmə istiqamətində yeni mədrəsələrin açılması üçün layihələr hazırlanıb.

Bundan əlavə İslamın Qurana söykənən ideologiyasını yaymaq və cəmiyyəti radikal ünsürlərdən qorumaq üçün nazirlik tərəfindən müxtəlif kitabların xarici dillərə tərcüməsi nəzərdə tutulub. /iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: