IQNA

1:59 - August 04, 2021
Xəbər sayı: 3490443
İkinci yolun sonu Cəhənnəm, ilahi əzab, yandırıcı od, ən alçaq mərtəbəyə süqutdur. Bu yolun sonuna çatmış insan elə peşman olur ki, hətta “Kaş torpaq olaydım” deyir. (“Nəbə" surəsi, ayə 40.)

Allah-Taala Cəhənnəmi yaratmasaydı, nə olardı? Cəhənnəmin yaradılması zəruri idimi?

Əslində, Cənnət və Cəhənnəm bir ipin iki ucu kimidir: biri varsa, o biri də olmalıdır. İnsan azaddır və bu iki sonluğu zəruri edən də insanın azadlığıdır. Behişt doğru yolu seçmiş azad insanın mükafatı, Cəhənnəm isə şər yolu seçmiş azad insanın cəzasıdır. İnsanın azad şəkildə seçim aparması üçün onun qarşısında ən azı iki yol olmalıdır. Əgər qarşıda daim yalnız bir yol varsa, insanın azadlığının heç bir mənası yoxdur. Əgər qarşıdakı yollardan yalnız biri ilə getməyə imkan varsa, insan yenə də azad deyil. Çünki bu iki halda insan iradəsindən asılı olmayaraq addım atır.

Allah-Taala insanı azad, muxtar yaratmışdır. Həm yaxşılığa, həm də pisliyə meyil onun daxilindədir. Yaxşılığı seçən yaxşılığa, pisliyi seçən pisliyə çatmalıdır. Əgər bu iki qrup insanın aqibəti eyni olsaydı, ilahi ədalətdən danışmağa dəyməzdi.

Demək, insanın qarşısında iki yol var. Bu yollardan biri onu Allah xəlifəsi məqamına, digəri ən alçaq səviyyəyə aparır. Birinci yol ilahi əmrlərə itaətdən ibarətdir. Bu yolun sonu Cənnət, misilsiz nemətlər və nəhayət, “Allahla görüş”dür. “Saleh bəndələr üçün hazırlananları nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də bir qəlb duymuşdur.”

“Qaf” surəsinin 35-ci ayəsində buyurulur:

لَهُم مَّا يَشَاؤُونَ فِيهَا

Onlar üçün istədikləri hər şey vardır.”

İkinci yolun sonu Cəhənnəm, ilahi əzab, yandırıcı od, ən alçaq mərtəbəyə süqutdur. Bu yolun sonuna çatmış insan elə peşman olur ki, hətta Kaş torpaq olaydım deyir. (“Nəbə" surəsi, ayə 40.)

İnsan iki yol ayrıcındadır; bir yol kamal və sonsuz səadətə, digəri isə alçaqlıq və bədbəxtliyə aparır. İnsan bu məqamda olduqca ehtiyatla qədəm götürməlidir. Məhz bu ehtiyatlılıq “təqva” adlanır.

Bəli, Allah-Taala insanı yaratmış və yaxşılıqla pisliyi ona tanıtmışdır:

وَنَفْسٍ وَمَا سَوَّاهَا. فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا

And olsun nəfsə  onu nizama salanasonra da ona günahkarlığı  pərhizkarlığı ilham edənə.” (“Şəms” surəsi, ayə 7-8.)

Doğru yolu seçənlər mükafata, yanlış yolu seçənlər isə cəzaya çatacaqlar:

مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَن جَاء بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا وَهُمْ لاَ يُظْلَمُونَ

Yaxşı  görənlər on qat artıq mükafata çatacaqpis  görənlər həmin qədər (günahları qədərcəzalandırılacaqlar  onlara zülm edilməyəcəkdir.” (“Ənam” surəsi, ayə 160; “Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.22-23.)

Maide.az

Ad:
E-poçt:
* Comment:
* captcha: