IQNA

Misrdə Əhli-Beyt (ə) hərəmləri və məscidlərində təmir işləri görüləcək

10:34 - August 09, 2021
Xəbər sayı: 3490472
Misr prezidenti Əhli-Beyt (ə) hərəmləri və onların adına olan məscidlərin təmir və bərpa edilməsi ilə bağlı Silahlı Qüvvələrin Mühəndislik İdarəsinə və digər aidiyyatı üzrə qrumlara göstəriş verib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Misr prezidenti Əbdül-Fəttah əs-Sisi ölkəsindəki Əhli-Beyt (ə) hərəmləri, ziyarətgahları və onların adına olan məscidlərin təmir və bərpa edilməsi ilə bağlı Silahlı Qüvvələrin Mühəndislik İdarəsinə və digər aidiyyatı üzrə qrumlara göstəriş verib.

Misr prezidenti Əbdül-Fəttah əs-Sisi verdiyi göstərişdə Həzrət Zeynəbə (ə) mənsub hərəmi və İmam Hüseyn (ə) məscidini xüsusi vurğulayıb.

Bundan əlavə həmin hərəm və məscidlərə gedən küçə və xiyabanların və həmçinin ziyarətgahların ətrafında yerləşən meydanların da genişləndirilməsi və abadlaşdırılması ilə bağlı əmr verib.

Prezidentin fərmanında ziyarətgah və məscidlərin təmiri zamanı bu məkanların tarixi əhəmiyyətini qorumaq məqsədilə memarlıq üsullarının riayət edilməsi tələb edilib.

Misr "Əşraflarının nəqibi" (seyidlərin ağsaqqalı) Seyid Məhmud əş-Şərif bu qayğıya görə prezidentə öz təşəkkürünü bildirərək qeyd edib ki, ziyarət məkanlarının təmiri və abadlaşdırılması bu məkanlara turist axınını da gücləndirəcək.

Qeyd edək ki, Misrdə Əhli-Beytə (ə) mənsub məkanlar əhali tərəfindən sevilir və hörmət edilir. Misrdə yaşayan Əhli-Beyt (ə) övladlarına, yəni seyidlərə "Əşraf" deyilir. Seyid cəmiyyətləri Misrdə tarixən "Nəqibul-Əşraf" adlı dövlət məqamının tabeliyində olublar. / iqna

captcha