IQNA

Avqust ayının 21-də Əqsa məscidi yandırıldı

9:08 - August 22, 2021
Xəbər sayı: 3490569
Müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidinin 1969-cu ilin Avqust ayının 21-də yandırılması əslində İslam ümmətinin qüdrətini və böyüklüyünü sual altına almaq üçün işlənmiş bir cinayət idi.

Müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidinin 1969-cu ilin Avqust ayının 21-də od vurularaq yandırılması əslində İslam ümmətinin qüdrətini və böyüklüyünü sual altına almaq üçün işlənmiş bir cinayət idi.

Beynəlxalq məscid gününün 21 avqusta təsadüf etməsi, 51 il öncə Fələstində əl-Əqsa məscidinin radikal yəhudilər tərəfindən yandırılması ilə bağlıdır.
Qeyd edək ki, Qüdsün şərq hissəsinin işğalından iki il sonra, yəni 1969-cu ilin Avqust ayının 21-də müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidi avstraliyalı yəhudi Denis Maykl Ruhan tərəfindən od vurularaq yandırılıb.   
Bu hadisədən 51 il keçməsinə baxmayaraq o yanğının od-alovu hələ də müsəlman ümmətinin, xüsusilə də fələstinlilərin ürəklərində ləkə olaraq qalıb.   
Müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidinin 1969-cu ildə od vurularaq yandırılması əslində İslam ümmətinin qüdrətini və böyüklüyünü sual altına almaq üçün işlənmiş bir cinayət idi.   
Tarixi sənədlərə görə, yanğının təsiri böyük olduğundan həmin gün Əqsa məscidinin şərq hissəsindəki mədrəsə də yanıb. Orada olan bütün tarixi əşyalar və Quran nüsxələri külə döndü. Məscidin binası ağır zərbə aldığından təmiri uzun illər vaxt apardı.  
Bildirək ki, həmin tarixdə Əl-Əqsa məscidininin radikal sionistlər tərəfindən yandırılması dünyada əks səda salıb və məhz bu hadisədən sonra islam ölkələri “İslam Konfransı Təşkilatı”nın yaradılması zəminində ittifaqa giriblər və bu təşkilat 1971-ci ildə ərsəyə gəlib.

Bu yanğın zamanı məscidin tarixi mənbəri ki, Səlahuddin Əyyubi zamanında Beytul- Müqəddəsi səlibilərdən geri aldıqdan sonra 1178-ci ildə Hələbdən gətirilmişdi, yandı. Həmin mənbəri sultan Nuriddin Zəngi Əqsa məscidinin azad ediləcəyi gün üç düzəltdirmişdi.

Sonrakı tədqiqatlar göstərdi ki, yandırıcı maddələri "əl-Qibla" müsəllasının daxil və xaricinə tökərək müsəllaya od vurub yandırırlar. Bundan sonra isə işğalçı rejim qəsdən müsəllanın və həmin ətrafın suyunu bağlayır. Yanğın söndürən maşınların gəlməsini ləngidir. Belə ki, fələstinlilər alov şölələrini öz libasları və Əqsa məscidinin quyularında qalmış su ilə söndürməyə çalışırlar.

İsrailin o zamankı baş naziri Qolda Meir o zaman demişdi: "Əqsa məscidi yandırılan gecə mən səhərə qədər yata bilmədim və inanırdım ki, sabah İsrail məhv olacaqdır. Amma sübh oyananda gördüm ki, Ərəblər çox ağır və dərin yuxuya dalıblar". /iqna

 
 
 
 
 
 
 
 
 
 

 

 

captcha