







Müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidinin 1969-cu ilin Avqust ayının 21-də yandırılması əslində İslam ümmətinin qüdrətini və böyüklüyünü sual altına almaq üçün işlənmiş bir cinayət idi.

Müsəlmanların ilk qibləsi sayılan Əqsa məscidinin 1969-cu ilin Avqust ayının 21-də od vurularaq yandırılması əslində İslam ümmətinin qüdrətini və böyüklüyünü sual altına almaq üçün işlənmiş bir cinayət idi.
Bu yanğın zamanı məscidin tarixi mənbəri ki, Səlahuddin Əyyubi zamanında Beytul- Müqəddəsi səlibilərdən geri aldıqdan sonra 1178-ci ildə Hələbdən gətirilmişdi, yandı. Həmin mənbəri sultan Nuriddin Zəngi Əqsa məscidinin azad ediləcəyi gün üç düzəltdirmişdi.
Sonrakı tədqiqatlar göstərdi ki, yandırıcı maddələri "əl-Qibla" müsəllasının daxil və xaricinə tökərək müsəllaya od vurub yandırırlar. Bundan sonra isə işğalçı rejim qəsdən müsəllanın və həmin ətrafın suyunu bağlayır. Yanğın söndürən maşınların gəlməsini ləngidir. Belə ki, fələstinlilər alov şölələrini öz libasları və Əqsa məscidinin quyularında qalmış su ilə söndürməyə çalışırlar.
İsrailin o zamankı baş naziri Qolda Meir o zaman demişdi: "Əqsa məscidi yandırılan gecə mən səhərə qədər yata bilmədim və inanırdım ki, sabah İsrail məhv olacaqdır. Amma sübh oyananda gördüm ki, Ərəblər çox ağır və dərin yuxuya dalıblar". /iqna







