IQNA

Bütün Qafqazın Şeyxi Çeçenistanda səfərdədir

16:14 - August 23, 2021
Xəbər sayı: 3490581
Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qroznı şəhərinə yola düşüb.

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qroznı şəhərinə yola düşüb. Səfərin əsas məqsədi bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 70-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etməkdir.

Qroznı şəhərinə gəlib çatdıqdan sonra QMİ sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə axşam saatlarında tədbirlərdə iştirak etmək üçün Çeçenistanın paytaxtına gələn Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri – RF Şimali Qafqaz regionunun müftiləri ilə görüşüb. Səmimi dostluq şəraitində keçən görüşdə bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun məzarını birgə ziyarət etdikdən sonra Şuranın iclasını keçirmək qərarlaşdırılıb.

Bütün Qafqazın Şeyxi Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla birgə camaat namazında iştirak edib. /qafqazislam

 

captcha