IQNA

Serbiyalı nazir əl-Əzhərə Quran hədiyyə etdi

22:59 - August 24, 2021
Xəbər sayı: 3490586
İkitərəfli görüşdə əl-Əzhər İslam Mərkəzinin dünyada ortodoksal İslamı yayması, tolerant həyat tərzi və dünyada insanların qardaşlıq dəyərləri ilə yaşamasını təbliğ etdiyi vurğulanıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Serbiyanın Xarici İşlər Naziri Qahirədə əl-Əzhərin nümayəndəsi ilə görüşündə ona Serb dilinə tərcümə edilmiş ilk Quran nüsxəsini hədiyyə  edib.

Keçən həftənin Bazar Günü, 22 Avqust 2021-ci il, Serbiyanın Xarici İşlər Naziri Nikola Selakoviç Misrin əl-Əzhər İslam Mərkəzinin Qahirədəki ofisinda olub.

O, burada əl-Əzhər İslam Mərkəzinin nümayəndəsi əz-Zəvini ilə görüşüb.

İkitərəfli görüşdə əl-Əzhər İslam Mərkəzinin dünyada ortodoksal İslamı yayması, tolerant həyat tərzi və dünyada insanların qardaşlıq dəyərləri ilə yaşamasını təbliğ etdiyi vurğulanıb.

əl-Əzhər İslam Mərkəzinin nümayəndəsi bildirib ki, nümayəndəsi olduğu İslam Mərkəzi Serbiya məscidlərində camaat imamlarına dini təkmilləşdirmə kursları təşkil etməyə hazırdır.

O bildirib ki, əl-Əzhər İslam Mərkəzi Avropa ölkələrində məscd imamları ilə əlaqə saxlayır və Avropada həqiqi İslamın yayılması üçün çalışır.

Serbiyanın Xarici İşlər Naziri Nikola Selakoviç də öz növbəsində əl-Əzhərin Şeyxinə təşəkkür ünvanlayıb və Serbiya müsəlman cəmiyyətinin əl-Əzhər İslam Mərkəzi ilə həmkarlıq etməsini faydalı hesab edib.

Bu görüşdə Serbiyanın Xarici İşlər Naziri Nikola Selakoviç əl-Əzhər İslam Mərkəzinin nümayəndəsinə 19-cu əsrdə Serb dilinə tərcümə edilmiş Quran nüsxəsi hədiyyə edib. / iqna

Teqlər: serbiya ، serbstan ، quran ، əl-əzhər
captcha