IQNA

ABŞ-dakı məscid qeyri-müsəlmanları qonaq çağırdı

23:25 - August 26, 2021
Xəbər sayı: 3490599
2015-ci ilin fevral ayında Böyük Britaniyadakı 20 məscid açıq qapı günləri keçirib və nəticədə bu aksiya hər il keçirilməyə başlayıb və Britaniya hüdudlarından kənara da yayılıb.

ABŞ-ın İllinoys ştatında yerləşən məscid icması maraqlı təşəbbüslə çıxış edib.

“Qonşularınız olan müsəlmanlarla tanış olmaq, İslam dini barədə öyrənmək, dadlı yeməklərdən yemək və xoş mühitdə vaxt keçirmək üçün (məscidə) qonaq gəlin”, – deyə Rokford şəhərindəki məscid icmasının qeyri-müsəlmanlara ünvanladığı dəvətdə qeyd edilib.

Yerli müsəlmanlar qeyri-müsəlman olan həmşəhərlərini İslamla tanış etmək, İslam barədə yanlış fikirlərə aydınlıq gətirmək və onları maraqlandıran bütün sualları cavablandırmaq üçün məsciddə açıq qapı günü keçirmək qərarına gəliblər.

“Onların müsəlmanlar barədə şübhələri ola bilər, onlar bizi dünyada baş verən zorakılıqlarda günahkar hesab edə bilərlər. Bunun kimi hadisələr isə onların bizə başqa baxışla baxmasına, insanları bir-birinə yaxınlaşdırmağa kömək edir”, – deyə tədbir təşkilatçılarından biri Sabil Əhməd bildirib.

“Əminəm ki, dinindən asılı olmayaraq, biz birləşə və sülh və ədalət, əxlaq və daha gözəl cəmiyyət namizə birgə işləyə bilərik”, – deyə o əlavə edib.

Artıq illərdir ki, dünyanın fərqli-fərqli nöqtələrindəki məscidlər bu cür tədbirlər keçirir. 2015-ci ilin fevral ayında Böyük Britaniyadakı 20 məscid açıq qapı günləri keçirib və nəticədə bu aksiya hər il keçirilməyə başladı və Britaniya hüdudlarından kənara da yayıldı. /iqna

Teqlər: amerika ، məscid ، açıq qapı
captcha