IQNA

Qırğızıstanda ilk dəfə "Quran Baharı" yarışları keçirilir

18:17 - September 03, 2021
Xəbər sayı: 3490650
Qırğızıstanın Dini İşlər İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışlar Sentyabr ayının 25-də Qırğızıstanın Cəlalabad əyalətinin Bazarqurğan şəhərinin mərkəzi məscidində başlayacaq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Qığızıstanda ilk dəfə "Quran Baharı" adlı milli Quran müsabiqəsi keçiriləcək.

Qırğızıstanın Dini İşlər İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışlar Sentyabr ayının 25-də Qırğızıstanın Cəlalabad əyalətinin Bazarqurğan şəhərinin mərkəzi məscidində başlayacaq.

Sentyabr ayının 15-dək ölkənin regionlarında keçiriləcək Quran yarışlarının qalibləri milli yarışlarda iştirak etmək üçün seçiləcəklər.

Final mərhələsi Sentyabr ayının 25-də keçiriləcək bu yarışlar üçün yaş və say məhdudiyyəti yoxdur.

Yarışlarda Qurani-Kərimin 10, 20 və 30 cüzünü əzbər bilənlər iştirak edəcəklər.

Yarışların maddi dəstəkçisi Qırğızıstanın "Bay Dehqan" (Əkinçilərə Dəstək) Mərkəzinin rəisi Ernəst Akunebkovdur.  / iqna

captcha