IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qığızıstanda ilk dəfə "Quran Baharı" adlı milli Quran müsabiqəsi keçiriləcək.
Qırğızıstanın Dini İşlər İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışlar Sentyabr ayının 25-də Qırğızıstanın Cəlalabad əyalətinin Bazarqurğan şəhərinin mərkəzi məscidində başlayacaq.
Sentyabr ayının 15-dək ölkənin regionlarında keçiriləcək Quran yarışlarının qalibləri milli yarışlarda iştirak etmək üçün seçiləcəklər.
Final mərhələsi Sentyabr ayının 25-də keçiriləcək bu yarışlar üçün yaş və say məhdudiyyəti yoxdur.
Yarışlarda Qurani-Kərimin 10, 20 və 30 cüzünü əzbər bilənlər iştirak edəcəklər.
Yarışların maddi dəstəkçisi Qırğızıstanın "Bay Dehqan" (Əkinçilərə Dəstək) Mərkəzinin rəisi Ernəst Akunebkovdur. / iqna