İtaliyanın G20-yə sədrliyi çərçivəsində sentyabrın 12-14-də Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”u başa çatıb.
Bağlanış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov da iştirak ediblər.
Tədbirdə İtaliyanın Baş naziri Mario Draqinin, Avropa Komissiyasının keçmiş prezidenti Romano Prodinin, Bolonya arxiyepiskopu kardinal Matteo Zuppinin və İtaliyanın Dini Elmlər Fondunun (FSCIRE) katibi Alberto Melloninin çıxışları dinlənilib.
İtaliyanın milli təşkilat komitəsi sədrinin dəvətinə əsasən forumda Azərbaycanı dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Şeyxülislam Allahşükür Paşazadə təmsil edib.