IQNA

ƏRBƏİN zəvvarlarının sayı 16-mindən çox olub

8:38 - September 29, 2021
Xəbər sayı: 3490846
Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahı Sentyabr ayının 28-i verdiyi açıqlamasında bildirib ki, 1443-cü hicri-qəməri ilinin ƏRBƏİN ziyarəti mərasimində 16 mindən çox zəvvar iştirak edib.

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahı Sentyabr ayının 28-i verdiyi açıqlamasında bildirib ki, 1443-cü hicri-qəməri ili Səfər ayının 7-dən Səfər ayının 20-nin günorta vaxtına qədər on altı milyon üç yüz iyirmi yeddi min beş yüz qırx iki (16,327,542) nəfər Kərbəlada Ərbəin ziyarətində iştirak edib.

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahı hicri 1442-ci il İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya daxil olan zəvvarların elektron sayma sisteminə görə siyahısını açıqlayıb.

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahındakı Rabitə Şöbəsi tərəfindən Kərbəlanın əsas girişlərində elektron sayma sistemi vasitəsi ilə 6-cı ildir ki, ziyarətçi sayının sənədləşdirilməsi xidməti aparılır.

Elektron sayma sisteminə əsasən və beş əsas girişdə qeydiyyatdan keçən ziyarətçilərin sayı (Bağdad - Kərbəla) (Nəcəf - Kərbəla) (Babil - Kərbəla) (Hüseyiniyə - Kərbəla) (Əl-Hürr - Kərbəla) 1443-cü hicri ili üçün 7 səfərdən 20 səfər günortaya qədər 16 milyon 327 min 542 nəfərdir.

Bəyanatda son altı ildə elektron sayma sisteminə görə ziyarətçilərin sayına dair statistik məlumatlar yer alıb:

1- 1443-cü hicri ili üçün 16.327.542 nəfər zəvvar.

2- 1442-ci hicri ili üçün 14.553.308 nəfər zəvvar.

3- 1441-ci hicri ili üçün 15,229,955 nəfər zəvvar

4- 1440-cı hicri il üçün 15.322.949 nəfər zəvvar.

5- 1439-cu hicri ili üçün 13.874.818 nəfər zəvvar.

6- 1438-ci hicri ili üçün 11.210.367 nəfər zəvvar.

/ 4001016

captcha