IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın məşhur Ərəb ədəbiyyatı və Ərəb dili ustadı, mütərcim və araşdırmaçı-yazar Azərtaş Azərnuş cari həftənin Cümə Axşamı günü (7 Oktyabr 2021), 84 yaşında ikən vəfat edib.
Ustad Azərtaş Azərnuş hicri-şəmsi tarixi ilə 1316-cı ildə Qum şəhərində anadan olub. İbtiyadi və orta təhsilini Əhvaz və Tehran şəhərlərində alıb. Tehranın Ərəb dili və ədəbiyyatı institutunu bitirib. Daha sonra isə eyni ixtisas üzrə Fransada doktoranturanı başa vurub.
Azərtaş Azərnuş uzun illər Tehran universitetinin İslam maarifi və ilahiyyat fakültəsində və həmçinin Tehranın İmam Sadiq (ə) universitetində tədris edib.
O, İranın Quran və Hədis elmləri üzrə araşdırmaçı və yazarlarının bir çoxunun ustadı olub.
Ustad Azərtaş Böyük İslam Maarifi Ensiklopediyası Mərkəzinin Ərəb dili və ədəbiyyatı bölməsinin direktoru işləməklə yanaşı bir çox dini və qeyri-dini kitabların araşdırmaçısı, müəllifi və mütərcimidir.
Mərhum Azərtaş Azərnuş özündən sonra bir çox dəyərli elmi irsi yadigar qoymuşdur ki, onlardan bəzilərinə işarə edirik: Fütuhul-Büldanın (Ölkə və şəhərlərin fəthi) tərcüməsi və təshihi, "ən-Nəhv ət-Təcrubi" (Təcrübi Nəhv), "Xəritətul-Qəsr və Cəridətul-Əsr" (tərcümə), Fars dilinin cahiliyyət dövrünün Ərəb dilində təsiri, Ərəb ədəbiyyatı tarixi (tərcümə), İbn Qüteybənin şer və şairlər kitabının tənqidi, Terminlər lüğəti toplusu, Ərəb dilinin öyrənilməsi, Quranın Fars dilinə təcümə tarixi, Farabinin "Böyük Musiqi" kitabının tərcüməsi, Çovgan oyunun tarixi (müəllif), İslam tarixinin coğrafiyas (tərcümə), Ərəb dili və mədəniyyəti tarixi (müəllif), Müasir Ərəb-Fars dili lüğəti, İslamın ilk əsrlərində Ərəb və Fars dili problemləri.
Qeyd edək ki, mərhum ustad bundan əlavə yüzlərlə elmi məqalənin müəllifidir və bir çox elmi jurnalların təsisçisi və redaktoru olub.