IQNA

 Azan verilməsi üçün bu şərt qoyuldu

8:44 - October 11, 2021
Xəbər sayı: 3490940
Şəhər meri Cümə günləri məscidin minarələrindən azanın səsucaldıcılar ilə yayılması üçün şərt qoyublar ki, şəhər şurasının məscidlər barəsində qanunlarına əməl edilsin.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şəhər meri Cümə günləri məscidin minarələrindən azanın səsucaldıcılar ilə yayılması üçün şərt qoyublar.

Almaniyanın Köln şəhərinin rəsmiləri şəhərin məscidindən Cümə günləri verilən azanın səsucaldıcılar ilə verilməsinə icazə verib. Amma bunun üçün azan göstərilən müəyyən qanunlar çərçivəsində verilməlidir.

Köln şəhərinin meri deyib: Müsəlmanların istəyini nəzərə alaraq şəhər şurası azanın səsucaldıcılar ilə verilməsinə icazə verib. Amma bu icazə iki il ərzində sınaq dövrünü keçəcək. Bu dövrdə məscid şəhər şurasının qanunlarına əməl etməlidir. Belə ki azanın verilməsi 10 dəqiqədən çox çəkməməli və səsucaldıcıların səsi çox güclü olmamalıdır. Həmçinin məscid tərəfindən bir nəfər sakinlərin ehtimal olunan şikayətlərini qəbul etməli və baxmalıdır.   

O əlavə edib: Müsəlmanlar bu cəmiyyətin ayrılmaz hissəsidir. Kilsə zənginin kənarında məsciddən azan səsinin eşidilməsi dostluq və tolerantlıq göstəricisidir.  

Qeyd edək ki, Almaniyada Türkiyənin İslami İşlər Birliyinin nəzdində fəaliyyət göstərən 900 məscid var və Köln şəhərində çox sayda Türk müsəlman yaşayır. / 4003752

Teqlər: almaniya ، Koln ، cümə ، azan ، məscid
captcha