IQNA

Misrdə tələbələr arasında Quran yarışlarə başladı

10:53 - October 12, 2021
Xəbər sayı: 3490950
Ötən həftənin Bazar Günü, 10 Oktyabr 2021-ci il, Misrin əl-Əzhər İslam Elmləri Akademiyasında tələbələr arasında beynəlxalq Quran hifzi və tilavəti yarışları başlayıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən həftənin Bazar Günü, 10 Oktyabr 2021-ci il, Misrin əl-Əzhər İslam Elmləri Akademiyasında tələbələr arasında beynəlxalq Quran hifzi və tilavəti yarışları başlayıb.

İlkin mərhələsi başlayan bu yarışlarda Misrdə müxtəlif sahələrdə təhsil alan xarici və mühacir tələbələr iştirak edirlər.

Bu yarışlar "mühacir və xarici tələbələrin istedadları" devizi ilə keçirlir.

əl-Əzhər Beynəlxalq İslam Elmləri Akademiyasının şeyxi Əhməd Təyyibin təşəbbüsü ilə keçirilən yarışlara Misrin Xaricdə Oxuyan Tələbələrin Təhsil Proqramının İnkişafı Mərkəzi və əl-Əzhərin Quran Komitəsi nəzarət edir.

Qurani-Kərimin dörddən biri, üçdən biri, yarısı və bütün hifzi ixstisasları üzrə keçirilən hifz və tərtil yarışı Oktyabr ayının 20-dək davam edəcək. / 4004191

آغاز رقابت‌های قرآنی دانشجویان مهاجر و خارجی در مصر

آغاز رقابت‌های قرآنی دانشجویان مهاجر و خارجی در مصر

captcha