IQNA

Rusiyada "İran başlanğıcdan İmam Xomeyniyədək" adlı kitab çap edilib

21:21 - October 18, 2021
Xəbər sayı: 3491016
Rusiyanın paytaxtı Moskva şəhərinin İbn Sina Fondunun təşəbbüsü ilə "İran başlanğıcdan İmam Xomeyniyədək" adlı kitab Moskva Sədra Nəşriyyatı tərəfindən çap və nəşr edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın paytaxtı Moskva şəhərinin İbn Sina Fondunun təşəbbüsü ilə "İran başlanğıcdan İmam Xomeyniyədək" adlı kitab Moskva Sədra Nəşriyyatı tərəfindən çap və nəşr edilib.

Kitabda İranın qədim tarixi, İran dövlətçiliyi, İranın mədəniyyət və incəsənəti, İran İslam dövründə, İran İslam İnqilabı və İran-İraq müharibələri kimi mövzulara aydınlıq gətirilib.  

Bu kitabın müəllifi rusiyalı yazar və araşdırmaçı Aleks Qromov tərəfindən Rus dilində təlif edilib və İranın Rusiyadakı səfiri Kazim Cəlalinin giriş sözü ilə çap və nəşr olunub.  

Bu əsərin sonrakı cildində müəllif "İran 20-ci əsrdə" adlə mövzunu işıqlandıracaq və əsərdə İran İslam İnqilabı, İran-İraq müharibəsi və Ayətullah Xameneinin rəhbərlik dövrü ətraflı izah ediləcək.  / 4005621

captcha