IQNA

7:23 - October 21, 2021
Xəbər sayı: 3491031
UNICEF Yəmən müharibəsi ilə bağlı dəhşətli statistikanı dərc edib. Məlumata əsasən, 2015-ci ildən bəri davam edən müharibədə 10 mindən çox uşaq həyatını itirib.

UNICEF Yəmən müharibəsi ilə bağlı dəhşətli statistikanı dərc edib.

Məlumata əsasən, 2015-ci ildən bəri davam edən müharibədə 10 mindən çox uşaq həyatını itirib.

“Bu, o deməkdir ki, hər gün 4 uşaq qətlə yetirilir”, – deyə UNICEF rəsmisi Ceyms Elder bildirib.

O, üstəlik qeyd edib ki, ölüm və yaralanma hallarının çoxu rəsmi statistikaya düşmür.

Bundan başqa, Elder əlavə edib ki, Yəməndəki hər 5 uşaqdan 4-nün təcili humanitar yardıma ehtiyacı var.

Onun sözlərinə görə, təxminən 400 min uşaq aclıqdan əziyyət çəkir, 2 milyon uşaq isə məktəbə gedə bilmir. / Şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: