IQNA

7:41 - October 21, 2021
Xəbər sayı: 3491033
Böyük Britaniyanın Milli Statistika Ofisinin (ONS) illik dərc etdiyi hesabatına görə, 2020-ci ildə Muhəmməd adı 5-ci ən çox üstünlük verilən ad olub.

Muhəmməd adı Britaniyada ötən il doğulan oğlan uşaqları üçün ən çox qoyulan adlar siyahısında 5-ci sıradadır.

Böyük Britaniyanın Milli Statistika Ofisinin (ONS) illik dərc etdiyi hesabatına görə, 2020-ci ildə Muhəmməd adı 5-ci ən çox üstünlük verilən ad olub.

Muhammed və Mohammad adları da Britaniyadakı ən məşhur 100 oğlan adı arasında 32 və 74-cü sıralarda qərar tutub.

Hər üç səmavi dininin mühüm siması olan Nuh (ə) peyğəmbərin adı da Britaniyada ötən il doğulan oğlan uşaqları üçün ən çox qoyulan adlar siyahısında 4-cü olub.

ONS məlumatları göstərir ki, İbrahim və Yusif adları da, 2020-ci ilin ilk 100-lüyünə daxil olublar. Belə ki, Həzrəti Yusif (ə) və Həzrəti İbrahim (ə) kimi peyğəmbərin adlarının hər üç dindəki yazılışı 1996-cı ildən bəri ardıcıl populyarlıq əldə edir.

Muhəmməd adı ONS reytinq siyahısında açıqlanandan daha populyardır, çünki bu ad bir neçə fərqli yazılışda istifadə edilir.

Britaniyada ötən il doğulan oğlan uşaqları üçün digər məşhur adlar Corc, Oliver və Arturdur. / Arabnews

 

Ad:
E-poçt:
* Comment:
* captcha: