IQNA

Dohada Qətər əmirinin iştirakı ilə yağış namazı qılınıb

18:22 - October 28, 2021
Xəbər sayı: 3491072
Bu namazda Qətər əmirindən əlavə, ölkənin keçmiş əmiri Şeyx Həmd ibn Xəlifə Ali Sani, Qətər parlamentinin sədri Həsən ibn Abdulla Əl-Ğanim və bir sıra Qətər böyükləri, nazirlər və rəsmilər iştirak ediblər.

İQNA, "Əl-Xəlic Online" xəbər saytına istinadən xəbər verir ki, bu gün Dohada yağış namazı qılınıb. Bu namazda Qətər əmirindən əlavə, ölkənin keçmiş əmiri Şeyx Həmd ibn Xəlifə Ali Sani, Qətər parlamentinin sədri Həsən ibn Abdulla Əl-Ğanim və bir sıra Qətər böyükləri, nazirlər və rəsmilər iştirak ediblər.
Namaz, Qətər Ali Məhkəməsinin hakimi və ölkənin Ali Məhkəmə Şurasının üzvü Şeyx Səqil ibn Sair Əl-Şimrinin imamlığı ilə qılınıb.
Bununla bağlı sosial şəbəkə istifadəçiləri Qətər əmirinin klipini yayıblar ki, Namazdan sonra Peyğəmbəri (s) örnək alaraq, libasını tərsinə geyinib.

Ənəs ibn Əyyaz Leysi, Həzrət Cəfər ibn Muhəmməddən (s) belə nəql etmişdir ki, buyurub: "Peyğəmbər (s) nə vaxt yağış istəsəydi, başını göyə dikər, paltarını sağdan sola, soldan sağa dəyişdirərdi. Yəni sağ tərəfi sola, sol tərəfi sağa atardı."
Rəvayətçi deyir: Dedim: O Həzrətin bu işdən məqsədi nə idi?

Buyurdu: "O həzrətin məqsədi o idi ki, quraqlıq və aclıq yağışa və bolluğa çevrilsin."

Teqlər: İraq ، namaz ، yağış ، qətər ، namaz yağışı ، quran
captcha