IQNA

18:34 - October 30, 2021
Xəbər sayı: 3491092
İmam Hüseynin (ə) Müqəddəs Astanının Cakartadakı Darul-Quran şöbəsi, İndoneziyada bu bölmənin tələbələri üçün Qurani-Kərimin Tərtil qiraəti və Hifz yarışını keçirib.

"İQNA", "İmam Hüseynin (ə) Müqəddəs Astanının saytı"-na istinadən xəbər verir ki, İmam Hüseynin (ə) Beynəlxalq Quran Məlumat Mərkəzi, İndoneziyanın Cakarta şəhərində yerləşən filialları vasitəsilə bu ölkədə Qurani-Kərimin qiraəti və əzbərlənməsi üzrə üçüncü illik müsabiqə keçirib.

İmam Hüseynin (ə) Müqəddəs Astanının Quran İnformasiya Mərkəzinin Xarici Bölmələrinin Direktoru Məhəmməd Baqir Əl-Mənsuri, deyib: "Həzrət Peyğəmbərin (s) mübarək mövludu günlərində filiallarımız, Müqəddəs Hüseyni Astanının, Cakartada eləcə də Makaskar, Balik Baban və Bandunq şəhərlərindəki Astan filiallarının tələbələri üçün illik Qurani-Kərim tilavəti və hifzi müsabiqəsinin üçüncü turunu keçirib."

Müsabiqə, Cakartada tələbələrin iştirakı və İndoneziyanın digər şəhərlərindən müsabiqəyə qoşulan tələbələr üçün isə virtual olaraq, "Zoom" proqramı vasitəsilə keçirilib.

4008866

Teqlər: İndoneziya ، Quran ، İslam ، Cakarta ، qiraət ، hifz ، müsəlman
Ad:
E-poçt:
* Comment:
* captcha: