IQNA

Misir məscidlərdə əyani Quran hifzi dərslərini yenidən açır

15:05 - October 31, 2021
Xəbər sayı: 3491095
Misirin Vəqflər Nazirliyi məlumat yayıb ki, Korona epidemiyasından bəri bağlanan ölkədəki məscidlərdə Qurani-Kərimin əzbərlənməsi üzrə əyani dərslər, yenidən açılacaq.

İQNA, "Sədyül-Bələd"-ə istinadən xəbər verir ki, Misirin Vəqflər naziri Məhəmməd Muxtar Cuma məlumat verib ki, Məscidlərdə müasir tədris avadanlıqlarından istifadə edilməklə və yeni tədris ili üçün gigiyena qaydalarına riayət edərək, Quran əzbərləmək dərsləri dekabrın əvvəlindən başlayacaq.

Misirli nazir vurğulayıb ki, bu dərslərin keçirilməsi və etibarlı Quran hafizlərinin dəvət olunması üçün hazırlıq görülür.

O, bildirib ki, Məscidlərin içərisində uşaqlara dərs keçmək, Quran əzbərləmək üçün xüsusi yerlər ayrılıb.
Misirin vəqflər naziri deyib ki, məscidlərdə bəzi Quran hifzi dərsləri gənclər mərkəzlərində və ya məktəblərdə keçirilə bilər.

4009317

captcha