IQNA

Sinqapurda İslam əleyhinə karikaturaların çəkilməsinə qadağa qoyulub

12:33 - November 02, 2021
Xəbər sayı: 3491109
Sinqapur hökuməti, bu ölkədə həzrət Peyğəmbər (s) haqqında təhqiramiz karikaturaların yer aldığı kitabların yayılmasını qadağan edib.

Charlie HebdoİQNA, "News Lenz"-ə istinadən xəbər verir ki, Sinqapur hökuməti, dünən bu ölkədə həzrət Peyğəmbər (s) haqqında təhqiramiz karikaturaların yer aldığı kitabların yayılmasını qadağan edib.

Sinqapur Media İnkişaf Təşkilatı (IMDA), dinləri təhqir edən şəkillərdən istifadə etməyi qadağan edib.

Bu Təşkilatın bəyanatında deyilir: "Şarli Əbdu-nun təhqiramiz karikaturaları ilk dəfə 2006-cı ildə çıxdı və onlar məsuliyyətsiz, kobud və irqçi kimi qiymətləndirildi."

Bu Təşkilatın çıxardığı qanuna əsasən, hinduizm və xristianlıq haqqında da təhqiramiz karikaturalardan istifadə etmək olmaz. Sinqapur qanunlarına əsasən, təhqiredici materialı idxal etmək, satmaq, yaymaq, istehsal etmək və ya çoxaltmaqda təqsirli bilinən hər kəs 5000 Sinqapur dolları (3700 ABŞ dolları) qədər cərimə və bir ilədək həbs və ya hər ikisi ilə cəzalandırılacaq. Rəsmilərin fikrincə, bu qanunun məzmunu, 1967-ci ildəki təhqiramiz karikaturaların nəşrinə icazə verən qanunu ləğv edir.

4009919

captcha