IQNA

Tunisdə Brayl əlifbası ilə ilk Quran nəşr olunub

13:51 - November 03, 2021
Xəbər sayı: 3491121
Tunisdə korların Qurani-Kərimi oxumasına kömək etmək üçün ilk dəfə olaraq, Brayl əlifbası ilə Quranın 30-cu cüzü nəşr edilib.

Brayl əlifbası İQNA-nın "Şemsfm"-ə istinadən verdiyi xəbərə əsasən, Tunis Dini İşlər Nazirliyi Qurani-Kərimə xidmət etmək və korlar üçün Allahın Kəlamının oxunmasını asanlaşdırmaq məqsədi ilə Quranın 30-cu cüzünü, Qalun rəvayətinə uyğun olaraq, Brayl əlifbası ilə nəşr etmişdir.

Bu nazirliyin dünən, çərşənbə axşamı, noyabrın 2-də yaydığı məlumatda deyilir ki, Tunisdə ilk dəfədir ki, Quran Brayl əlifbası ilə çap olunur.

Nazirlik bütün Quranı Brayl əlifbası ilə çap edib məscidlərdə və bütün korlar arasında yaymağı planlaşdırır.

Tunisdə Brayl əlifbası ilə ilk Quran nəşr olunub

4010210

captcha