IQNA

Alulbeyt Mərkəzində Şeyx Mosulinin anım mərasimi keçirilib

14:37 - November 03, 2021
Xəbər sayı: 3491122
Qumda Alulbeyt Mərkəzində Şeyx Mosulinin anım mərasimi keçirilib. Mərasimdə Höccətülislam Şeyx Məhəmməd Əli Mosulinin dini-ictimai fəaliyyəti, xüsusilə Rusiyadakı fəaliyyəti yüksək qiymətləndirilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, Qumda Alulbeyt Mərkəzində Şeyx Mosulinin anım mərasimi keçirilib.

Anım mərasimində Ayətullahül Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristaniyə başsağlığı vermək üçün çox sayda dini və ictimai xadim cəm olmuşdular.

Mərasimdə Höccətülislam Şeyx Məhəmməd Əli Mosulinin dini-ictimai fəaliyyəti, xüsusilə Rusiyadakı fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Ayətullah Sistaninin Rusiyadakı nümayəndəsi və Beynəlxalq “Alulbeyt” Təşkilatının Rusiyadakı mərkəzinin rəhbəri Höccətülislam vəl muslimin Şeyx Məhəmmədəli Mosuli bir neçə gün öncə müalicə aldığı xəstəxanada vəfat etmişdi.

captcha