IQNA

Ayətullah Mudərrisinin Əfqanıstan xalqına müraciəti

16:08 - November 06, 2021
Xəbər sayı: 3491145
Ayətullah Mudərrisi deyib: "Siz qeyrətli millət, bu gün Allahın imtahanındasınız. Uca Allahın izni ilə dua, təvəkkül, səbr və münacat ilə inşallah bu çətin mərhələni keçəcəksiniz. Hər kəs Əfqanıstan daxilindəki soydaşlarına bacardığı qədər kömək etməlidir."

"Mehr" xəbər agentliyinin müxbirinin verdiyi məlumata görə, Ayətullah Mudərrisi, mesajında Əfqanıstan xalqının qəm-qüssəsinə şərik çıxdığını bildirib. Bu mesajın mətnində deyilir:

"Bismillahir-Rəhmanir-Rəhim

"Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!" (Füssilət, ayə 30)

Salam olsun şərəfli və səbirli Əfqanıstan xalqına!

Siz qeyrətli millət, bu gün Allahın imtahanındasınız. Uca Allahın izni ilə dua, təvəkkül, səbr və münacat ilə inşallah bu çətin mərhələni keçəcəksiniz.

Həzrət Höccətin (əc) himayəsi, alimlərin rəhbərliyi altında, bir-biri ilə şəfqət, rəhmət və əməkdaşlıqla

Nöqsanları aradan qaldırmaq və həmvətənlərinizə kömək etmək üçün əlinizdən gələni edin.
Birinci mərhələdə, bu gün öz ölkələrindən köç edən yeni mühacirlərə kömək edilməlidir. Günlərin bir günü siz də onlar kimi acı mühacirət şəraitində idiniz. Siz bu acıları yaşamısınız. Nəzərə alın ki, siz mühacirlərə yaxşı şəkildə sığınacaq verməlisiniz. Bəlkə onların əzab və məşəqqətlərinin bir qədəri azaldı.

İkincisi də budur ki, hər kəs, Əfqanıstan daxilindəki soydaşlarına bacardığı qədər kömək etməlidir. Xüsusilə dəyərli yaxınlarınızı unutmayın.

Hörmətli alimlər, vaizlər və ziyalılar, inşallah hamımızın bu çətinlikdən keçməyimizə köməklik edin."

Kərbəla
29 Rəbiul-əvvəl 1443
Seyyid Məhəmməd Təqi Müdərrisi

captcha