IQNA

İran və Türkiyənin dini sahədə əməkdaşlığı

22:43 - November 30, 2021
Xəbər sayı: 3491290
İslam Mədəniyyəti və Rabitə Təşkilatının rəhbəri Türkiyənin Tehrandakı səfirliyinin dini nümayəndəsi ilə görüşüb. O, xüsusilə dini mənbə kitablarının tərcüməsi və nəşri, Türkiyənin elmi və akademik mərkəzlərini elmi resurslarla təmin etmək sahəsində hərtərəfli əməkdaşlığa hazır olduğunu açıqlayıb.

"İQNA"-nın İslam Mədəniyyəti və Rabitə Təşkilatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Tehrandakı səfirliyinin dini nümayəndəsi Məcid Can, Türkiyə ilə İran İslam Cümhuriyyəti arasında mədəni və dini əlaqələrin inkişaf etdirilməsi məqsədilə İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur ilə görüşüb.

Höccətül-İslam vəl-müslimin İmanipur açılış nitqində İslam Mədəniyyəti və Rabitə Təşkilatı ilə Türkiyənin Diyanət İşləri Təşkilatı arasında müxtəlif mədəni və dini sahələrdə sıx əlaqələrə və səmərəli əməkdaşlığa diqqət çəkərək deyib: "İki qurumun beynəlxalq aləmdə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Biz bu əlaqələri daha da dərinləşdirmək üçün çalışmalıyıq.

O, xüsusilə dini mənbə kitablarının tərcüməsi və nəşri, Türkiyənin elmi və akademik mərkəzlərini elmi resurslarla təmin etmək sahəsində hərtərəfli əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Türkiyənin Tehrandakı səfirliyinin dini nümayəndəsi də vurğulayıb: Türkiyə Diyanət İşləri Təşkilatının İran İslam Respublikası ilə əməkdaşlığının davam etdirilməsi və mədəni və dini əlaqələrinin gücləndirilməsi münasibətləri mümkün qədər inkişaf etdirmək və genişləndirmək üçündür.

Məcid Can, təkfirçi ünsürlərin dünyaya yanlış İslam imicini təqdim etdiyini ifadə edib. Buna görə də, İslamofobiya ilə mübarizədə İran İslam Cümhuriyyətini və Türkiyəni əməkdaşlıq etməyə çağırıb.

4017332

Teqlər: iran ، türkiyə ، din ، əməkdaşlıq ، İslam
captcha