IQNA

12:03 - December 06, 2021
Xəbər sayı: 3491318
Xəbərlər göstərir ki, İspaniyanın ən məşhur İslam abidələrindən biri olan Kordova Böyük Məscidi dağılma təhlükəsi ilə üz-üzədir.

"İQNA", "Bağdad Əl-yəvm"-ə istinadən xəbər verir ki, İngiltərənin "Times" qəzeti dekabrın 13-də yazıb ki, bu həftə İspaniya hökumətinə təqdim edilən hesabatda Kordova Böyük Məscidini hər il ziyarət edən milyonlarla turist səbəbiylə dağılma təhlükəsi ilə üz-üzədir.

Bu məscid qədim kilsənin yerində tikilmişdir. 1236-cı ildə xristian qüvvələri İspaniyanın cənubuna qayıtdıqdan sonra kafedral kimi fəaliyyət göstərmişdir. İndi hər il təxminən iki milyon nəfər oranı ziyarət edir.

Məlumata görə, ziyarətçilərin həddindən artıq sıxlığı məscidin müxtəlif hissələrinə, o cümlədən at nalı formalı bəzəkləri ehtiva edən və Məkkəyə doğru tikilmiş mehrabına xeyli ziyan vurub.

Belə zədələnmələrə səbəb bu məscidin xüsusi memarlıq üslubu və kifayət qədər havalandırmanın olmamasıdır. Çünki Qeyri-adekvat havalandırma, hər bir ziyarətçinin bədən istiliyinin yayılmasına səbəb olur. Həmçinin bu məscidin binasındakı suyun buxarlanmasına kömək edir. Suyun bu buxarlanması tikinti materiallarının parçalanmasına və sürətlə məhv olmasına səbəb olur.

Bu risk günü-gündən artır. Çünki Kordova şəhəri Pireney yarımadasının ən isti şəhəridir və yayda bu şəhərdə havanın temperaturu Selsi üzrə təxminən 47 dərəcəyə çatır.

Bu qədim abidənin dağılmas təhlükəsi İspaniyanın mədəni irs mütəxəssislərinin narahatlığına səbəb olub. İspaniyada İslam dövründə Kordova Böyük Məscidi Məscidül-Haramdan sonra dünyanın ikinci ən böyük məscidi idi.

4018626

Ad:
E-poçt:
* Comment:
* captcha: