IQNA

Müqəddəs Yekaterina şəhəri, Dünyada dini turizmin paytaxtı

14:24 - December 08, 2021
Xəbər sayı: 3491333
3500 misirli fəhlə və mühəndis dünyanın dini turizm paytaxtı sayılan Müqəddəs Yekaterinanın dünya layihəsini başa çatdırmaq üçün gecə-gündüz işləyir.

"İQNA", "Bəvabətül-Ehram"-a istinadən xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi Sinay əyalətinin cənubundakı Müqəddəs Yekaterina şəhərində ən böyük turizm layihəsinə start vermək qərarına gəlib. Üç səmavi dinYəhudilik, Xristianlıq və İslamın simvollarının olması bu şəhərin ən mühüm turistik cazibələrindən biridir.

Müqəddəs Yekaterina şəhəri Cənubi Sinay əyalətinin mərkəzində yerləşir və sahili yoxdur. Bu şəhərin hündürlüyü dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdədir. Yayda mülayim, qışda soyuq havası var. Bu şəhər dünyanın hər yerindən minlərlə turist üçün turizm məkanıdır. Müqəddəs Yekaterina monastırı da şəhərin turistik yerlərindən biridir.

Dünyanın ən yaxşı mədəni irs şəhəri hesab olunan bu şəhər YUNESKO-nun mükafatını alıb.

Müqəddəs Yekaterina Şəhərin İnkişaf Layihəsi "Təcəllayi əzəm" (Böyük Təzahür) adlandırılıb. Çünki dünyanın yeganə bölgəsidir ki, Allah Hz.Musaya təcəlli edib.

4019154

captcha