IQNA

Misirli yeniyetmə qız 5 aya Quranı yazıb

16:04 - December 20, 2021
Xəbər sayı: 3491413
Hazırda Əl-Əzhər Universitetində ərəb dili üzrə ikinci kurs tələbəsi olan misirli yeniyetmə Fatimə Yusif Ədli, bütün Qurani-Kərimi beş aya yazıb.

"İQNA", "Məsravi"-yə istinadən xəbər verir ki, Fatimə Yusif Ədli, öz fəaliyyəti haqqında deyir: "Mən 15 yaşımda Quranı bütünlüklə əzbərlədim. Quranı yazmaqda məqsədim hifzimi möhkəmləndirmək və ərəb xəttatlığını təkmilləşdirmək idi."

Əl-Əzhər Qızlar İslam Kollecinin Assiut filialında ərəb dili üzrə təhsil alan tələbə bildirib ki, bütün Quranı öz əli ilə yazmağa çox həvəsli idi.

Bu misirli qız Nur surəsinin 24-cü ayəsinə istinad edərək deyib ki, bu ayədə Allah buyurur: "Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcək." Bu ayə, məni Quranı qısa zamanda yazıb bitirməyə və həyatda özümə gözəl bir xatirə buraxmağa sövq etdi. Nəticədə, Quranı əzbərləmək şərəfinə sahib olduğum kimi, Quranı yazmaq şərəfinə də sahib oldum.

4022219

Ad:
E-poçt:
* Comment:
captcha