IQNA

İranda məhbuslar arasında Qurani-Kərim yarışması

9:43 - December 27, 2021
Xəbər sayı: 3491453
İranda məhbuslar arasında Qurani-Kərim yarışması keçirilib. Bu yarışda bəzi məhbuslar qalib gəldikləri üçün evlərinə gediş haqqı qazanıblar.

İranda məhbuslar arasında Qurani-Kərim yarışmasıİQNA, xəbər verir ki, İranın İsfəhan şəhərində məhbuslar arasında Quran üzrə müsabiqə keçirilib. Bu yarışda bəzi məhbuslar yüksək nəticə göstərdikləri üçün mükafatlandırılıblar.

Bu yarışda qalib gələn bəzi məhbusları təşviq etmək üçün onlara evlərinə gediş haqqı verilib. Quran üzrə fəal olan məhbuslar üçün başqa təşviqlərin də nəzərdə tutulduğu bildirilib.

Quran təlimlərinin tədrisi və nəşri istiqamətində addımlar atan, əzbər, qiraət və təfsir dərsləri təşkil edən Cəzaçəkmə Müəssisələri Baş İdarəsinin mədəniyyət və təhsil işçilərinə təşəkkür edilib.

Həmçinin məhbusların Quran təlimləri və dəyərləri işığında düzgün həyat yolunda davam edəcəklərinə ümid etdiklərini bildiriblər.

4023750

captcha